ZaminBank Bankı - ZaminBank Filialları

ZaminBank Bankı

ZaminBank

Zaminbank ASC öz fəaliyyətini Azərbaycan Respublikası Milli Bankının 16 noyabr 1992-ci il tarixli 15 saylı lisenziyası əsasında qurmuşdur və banka milli və xarici valyuta ilə hər cür bank əməliyyatları aparmağa icazə verilmişdir.

Bank Bakı, Sumqayıt və Gəncə şəhərlərində 29 filialı və 51 bank şöbəsi fəaliyyət göstərir. Bankda müvafiq icra strukturları ilə bərabər, risklərin idarə edilməsi məqsədilə xüsusi kollegial bölmələr mövcuddur. Həmçinin aktiv (ALKO) və passivlərin (LİKO) adekvat idarə edilməsi məqsədilə xüsusi kollegial qurumlar yaradılmış və səmərəli fəaliyyət göstərirlər.

Bankın daxili imkanları və müxtəlif mənbələrdən cəlb edilmiş maliyyə resursları hesabına maliyyə vəziyyəti durmadan yüksəlir.

Hazırda Zaminbank Azərbaycan Banklar Assosiasiyası, Bakı Banklararası Valyuta Birjası, İqtisadi İnkişaf Nazirliyi nəzdinə Sahibkarlığa Yardım Fondu, SWIFT və Visa İnternational sisteminin üzvüdür. Milli Bankın nəzdində yaradılmış İpoteka Fonduna qoşularaq Zaminbank 2007-ci ildən ipoteka kreditlərini təqdim etməyə başladı.

Zaminbankın əsas məqsədi müştərilərin ehtiyaclarını ödəmək və ən yüksək standardlara uyğun xidmət göstərməkdir. 15 ildir ki bank bütün növ bank xidmətlərini təklif edirik və daim yeniliklərə can atan bankımız 2006-cı ildə Azərbaycanda ilk beynəlxalq sürətli pul köçürmə sistemini yaratdı. “Caspian Money Transfer” adlanan sürətli pul köçürmə sisteminə qısa müddətdə Rusiya, Gürcüstan, Moldova, Tacikistan, Ukrayna və digər ölkələrin bankları qoşuldular. Bu yolla Zaminbank öz beynəlxalq əlaqələr şəbəkəsini genişləndirdi. Bu sistemlə bağlı daha ətraflı məlumat üçün www.caspianmt.ru veb səhifəsinə baş çəkin və ya bankla əlaqə saxlayın.

Zaminbank 2007-ci ildən bütün filiallarında 24 saat ərzində bir çox bank əməliyyatlarını həyata keçirməyə başladı.

Zaminbank rezident və qeyri rezident hüquqi və fiziki şəxslərə manat və valyuta hesabları açılmasını və onlara xidmət göstərilməsini təklif edir. Respublikada fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lazımi hesab açılır.

Gündəlik pul dövriyyəsi yüksək olan müştərilərin inkassasiya əməliyyatları bank tərəfindən həyata keçirilir. Birja və konvertasiya əməliyyatları vasitəsi ilə huquqi şəxslərin valyuta ehtiyyacları təmin edilir. Müştərilərimizin təklif və lahiyələrinin həyata keçirilməsi üçün onlara yüksək ixtisaslı mütəxəssislərimiz tərəfindən lazımi məsləhətlər verilir və müvafiq bank xidmətləri göstərilir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.zaminbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,