Yapı Kredi Bank Azərbaycan Bankı - Yapı Kredi Bank Azərbaycan Filialları

Yapı Kredi Bank Azərbaycan Bankı

Yapı Kredi Bank Azərbaycan

Yapı Kredi Bank Azərbaycan Bankı Türkiyənin nüfuzlu sənaye qrupu olan Koç Holdinginin sahib olduğu Koçbank A.Ş. (80%) və Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının (20%) ortağı ilə qurulmuşdur.

Koçbank Azərbaycan Ltd Azərbaycan Respublikası Milli Bankının tələblərinə uyğun olaraq 5,000,000 (beş milyon) ABŞ Dolları həcmində nizamnamə Fondu ilə təşkil olunmuş, 21 oktyabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bank fəaliyyəti üçün tələb olunan lisenziyanın alınması üçün Milli Banka müraciət etmişdir. Müraciət müddəti ərzində bank personalı işə alınmış, onlara Türkiyənin Koçbank A.Ş. bankında uzun müddətli bank işi iləəlaqədar müvafiq təlimlər keçirilmişdir, fəaliyyət göstəriləcək yerdə təmir və hazırlıq işləri tamamlanmışdır. 11 Yanvar 2000-ci il tarixdə 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Milli Bankından lisenziya alınmışdır. Bank Azərbaycan Milli Bankı tərəfindən verilmiş lisenziyalarda göstərilən əməliyyat növlərini həyata keçirir.

2001-ci ilin sonlarında Koç Grupun maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərini birləşdirmək və səhmlərin böyük bir hissəsini ələ keçirərək effektivliyi artırmaq məqsədi ilə Koç Grupu və Uni Credito İtaliano SPA arasında “Koç Maliyyə Xidmətləri A.Ş.” üzrə 50%-50% əməkdaşlığa dair niyyət protokolu imzalandı. Əməkdaşlıq müqaviləsi Milanda 2002-ci ilin may ayında imzalanmışdır və bu proses 2002-ci ilin oktyabr ayının 21-də tamamlanmışdır. Bunun nəticəsində, Koç Grupunun maliyyə sektorunda olan səhmləri (Koçbank, Koç Lease, Koç Faktoring, Koç Invest, Koçbank Nederland N.V., Koçbank Azərbaycan QTSB və Koç Aktivlərinin İdarə Edilməsi) “Koç Maliyyə Xidmətləri” və Uni Credito İtalyano arasında bölüşdürülmüş və Koç Grupu “Koç Maliyyə Xidmətləri”nin bərabər hüquqlu ortağı olmuşdur.

2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur.

2004-cü ilin Avqust ayında Koçbank Azərbaycan QTS Bankı Nizamnamə Kapitalını 2,000,000 (iki milyon) ABŞ Dolları məbləğində artırmışdır.

Koçbank Azərbaycan 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi iləəlaqədardır. Beynəlxalq arenada bankların birləşməsinin başlıca səbəbi gərgin rəqabət şəraitində bazar paylarının artırılması və bununla bərabər daha iri layihələrin reallaşdırılması üçün səhmdarların sərmayə qoyuluşu imkanlarının genişləndirilməsidir.

Qloballaşma prosesində Türk bankçılıq bazarında Koçbank və Yapı Kredi Bankasının birləşməsi də bu təməl üzərində qurulmuşdur. Bank xidmətləri sahəsində Yapı Kredi Bank (Azərbaycan) QSC-nin təklif etdiyi məhsul çeşidi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə artıracaq və geniş çeşidli məhsulların, texnoloji yeniliklər və üstünlükləri ilə maliyyə xidmətləri bazarında layiq olduğu yeri tutacağına əmindir. Bu hədəfi reallaşdırmaq üçün fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edir:

a) beynəlxalq sərmayə bazarında fəal iştirak;
b) korporativ və fərdi müştərilərin ehtiyaclarının ödənilməsi;
c) layihələrin maliyyələşdirilməsində beynəlxalq qaynaqlardan Azərbaycan bazarına uyğun şəkildə istifadə;
d) şöbələrin sayının artırılması yolu ilə daha çox müştəri xidmətləri nöqtələrinin qurulması;
e) risklərin idarə olunması üzrə beynəlxalq standartlarla Azərbaycan kredit bazarında daha fəal mövqe tutmaq.

Bankın rəhbər strukturu:Təsisçilərin (Səhmdarların) Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətindən ibarətdir.

Müşahidə Şurasının Sədri - Tayfun Bayazıt; üzvləri - Alessandro Decio, Faik Açıkalın, Mert Güvenen, Marco Crovario;

Audit Komitəsinin Sədri- Ekin Arca Kirelli; üzvləri - Abdullah Gecer, Feza Tan

İdarə Heyətinin Sədri, Baş direktor- Mustafa Coşkun Bulak.

“Yapı Kredi Bank Azərbaycan” QSC 2008-cı il dekabr ayının sonuna aktivlərinin həcmini 104,292,090 manat məbləğinə qədər artdırıb. Hesabat tarixinə bankın depozit portfeli 64,839,534 manat, kredit portfeli isə 12,771,881 manat təşkil edib. Bank 1,386 hüquqi və 19,206 fiziki şəxsə müxtəlif növ bank xidmətləri göstərir. Bankın Nizamnamə Kapitalı 27,209,400 manat təşkil edir.

“Yapı Kredi Bank Azərbaycan” QSC 30.06.2009-cı il tarixinə aktivlərinin həcmini 150,406,417 manat məbləğinə qədər artdırıb. Hesabat tarixinə bankın depozit portfeli 46,185,385 manat, kredit portfeli isə 22,353,190 manat təşkil edib. Bank 2,431 hüquqi və 19,936 fiziki şəxsə müxtəlif növ bank xidmətləri göstərir. Bank işçilərinin ümumi sayı 107 nəfərdir.

Hal-hazırda Bankın Bakı şəhərində “28 May”, “Azadlıq”, “Səbail” , “Əhmədli” filialları, “Elmlər Akademiyası” şöbəsi və bir Müştəri Xidmətləri Departamenti, Gəncə şəhərində isə “Gəncə” filialı fəaliyyət göstərir.

Bank filial şəbəkəsini genişləndirmək qərarına gəlib filialının açılışını bitirir. Bankın Almaniya, ABŞ, İtaliya, Türkiyə, Hollandiya və Rusiyada müxbir hesabları var.

Bankın vəzifələri sırasında məhsul çeşidinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi yer almaqdadır. Bankın 16 ATM və 80 POS Teminalı mövcuttur. Gələcəkdə bu istiqamətlərdə bankın böyük planları var. 2009-cı ildə Azərbaycanda bank xidmətlərindən yararlanan şirkətlər, iş adamları, fiziki şəxslər “Yapı Kredi Bank Azərbaycan” QSC-nın respublikanın maliyyə xidmətləri bazarına gətirəcəyi yeniliklərin faydasını yaxın vaxtlarda özlərində hiss edəcəklər.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.yapikredi.com.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,