Xalq Bank Bankı - Xalq Bank Filialları

Xalq Bank Bankı

Xalq Bank

Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 27 dekabr 2004-cü il tarixli 246 saylı lisenziya əsasında fəaliyyət göstərir.

Xalq bank fəaliyyət göstərdiyi 5 il ərzində Azərbaycanın 5 ən güclü bankı arasına daxil olmuşdur. Belə ki, bankın nizamnamə kapitalı 72,828,000 AZN, aktivləri isə 534,488,691 AZN həcmindədir.

Xalq Bank Azərbaycanda həm fiziki şəxslər, və həmdə hüquqi şəxslərin etibar göstərdiyi ilk 3 bankdan biridir. Fiziki şəxslərin yerləşdirdiyi əmanətlərin həcminə görə (2010 avqust) Xalq Bank 2-ci ən çox əmanət cəlb edən bankdır. 2010-cu il noyabr ayına olan məlumata əsasən Xalq bankın fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin məbləği 248,460,730 AZN oluşdur.

Xalq Bank hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcminə görə 3 cü göstəriciyə malikdir. 2010-cu ilin noyabr ayına olan göstəricilərə görə bank 86,225,460 AZN məbləğində depozit cəlb etmişdir. Bütün bunlarla yanaşı Xalq bank kredit portfelinə görə ikinci ən böyük bankdır. Belə ki, bankın kredit portfeli 473,999,340 AZN (2010 Noyabr) təşkil edir.

Dekabr ayının 27-də ASC "Xalq" Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən "Xalq Əmanəti" layihəsi çərçivəsində Azərbaycanın dövlət və milli mükafatlar laureatı, "İstiqlal" ordeni kavaleri, Azərbaycanın xalq şairi Məmməd Arazın (1933-2004) "Seçilmiş əsərləri" geniş ictimaiyyətə təqdim olundu. Təqdim olunan kitabın unikallığı ondadır ki, kitabın format və dizaynı şairin özü tərəfindən 1968-ci ildə yazdığı "Vəsiyyət" şeirində təsvir edilmişdir.

Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdlması istiqamətində "Xalq əmanəti" layihəsi çərçivəsində Azərbaycan görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də xalq yaradıcılığı, folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.xalqbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,