TexnikaBank Bankı - TexnikaBank Filialları

TexnikaBank Bankı

TexnikaBank

Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və hal-hazırda universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlən “Texnikabank” ASC obyektiv olaraq Azərbaycanın ən dinamik inkişaf edən bankı imicini qazanmışdır və bankın “Texnikalizing” MMC, “Alfa” sığorta ASC, Kapital Menecment MMC və Texkart ASC olmaqla dörd törəmə müəssisi vardır.

Ölkə bankları arasında müştərilərin sayına görə də liderlər sırasında olan bank, hüquqi və fiziki şəxslər olmaqla 150 min müştəriyə xidmət göstərir.

Bankın 600 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir.

2008-ci ildə “Texnikabank” London birjasında avro istiqrazlarını yerləşdirmışdir ki, bu da Azərbaycan bank sisteminin inkişafında zirvə mərhələ hesab olunur. İlk dəfə Azərbaycan bankı London birjasına çıxmış, eyni zamanda “Texnikabank” dünyanın 8 şəhərində -Sinqapur, Honkonq, London, Sürix, Cenevrə, Nyu-York, Boston və Los-Ancelesdə 64 investor üçün ayrı-ayrılıqda təqdimatlar keçirmişdir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln. dollar məbləğində kredit almışdır. Eyni zamanda bank City Group və Morgan Stanley kimi iri banklarla əməkdaşlıq edir.

Hal – hazırda “Texnikabank” ASC – nin Azərbaycan Respublikası, Rusiya Federasiyası,ABŞ, Almaniya, Avstriya, Isveçrə, Ukrayna, Qazaxstan və Latviyanın aparıcı bankları ilə müxbir əlaqələri mövcuddur. Beynəlxalq ödəmələrə artan tələbata əsasən bank “Drestner Bank AG” (Almaniya), “Parex Bank”(Latviya) , “Zentralban Oesterreich AG” (Avstriya), “OJCS Uralsib İ” (Rusiya), “Commerzbank AG” (Almaniya), “Amerikan Express Bank LTD” (ABŞ), “Russky Slavyansky Bank” ( Rusiya), “Wachovia Bank New York International Branch” (ABŞ), Banque De Commerce Et De Placements S.A. (İsvecrə), American Express Bank LTD, Kredit Dnepr Bank (Ukrayna), Kazkommertsbank, Bank Turanalem (Qazaxıstan) kimi banklarla müxbir əlaqələri saxlayır.

2010-cu ilin fevral ayından isə bankın daha bir törəmə müəssisəsi, “Texkart” ASC prossesinq mərkəzi fəaliyyətə başlamış, yüksək səviyyədə proqram təminatı yaradılmış və müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilmişdir.

Hal-hazırda bankin 35 filialı və 5 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Quba, Evlax, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Nefçala, Zaqatala, Cəlilabad, Tovuz, Xaçmaz və Qaradağda fəaliyyət göstərir. Yaxın gələcəkdə Texnikabankın Respublikamızın ərazisində filial şəbəkəsini daha da genişləndirilməsi, eyni zamanda 2010 və 2011ci illərdə Moskva şəhərində yeni filialının, İstanbul və Londonda isə nümayəndəliklərinin açılışı gözlənilir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.texnikabank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,