RoyalBank Bankı - RoyalBank Filialları

RoyalBank Bankı

RoyalBank

Bankın tam adı “RoyalBank” Açıq Səhmdar Cəmiyyəti, qısaldılmış adı “RoyalBank” ASC-dir.

1993- cü ilin avqust ayında “ÖZBANK” Azərbaycan-Türkiyə Birgə Kommersiya Bankı adı altında səhmdar kommersiya bankı kimi yaradılmış Bank 02 avqust 1993- cü il tarixdə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilmiş 158 saylı lisenziya əsasında fəaliyyət göstərməyə başlamışdır.

1998- ci ildə bankın adı dəyişdirilmiş və “Royal Bank of Baku” Birgə Kommersiya Bankı məhdud məsuliyyətli cəmiyyəti kimi müəyyən olunmuşdur.

2005- ci ildə ölkə qanunvericiliyinin normativlərinə uyğun olaraq, Bankın təşkilati-hüquqi forması dəyişdirilmiş, Bank açıq səhmdar cəmiyyətinə çevrilmişdir.

2004- cü ildə Bankın hazırki rəhbərliyi bank üzərində nəzarəti götürərək Bankda idarəetmə və maliyyə sistemlərinin yenidən təşkili proqramına başlamışdır.

2008- ci ildə bankın adı dəyişdirilərək “RoyalBank” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.

Əsas fəaliyyət istiqaməti fərdi müştərilər, kiçik və orta müəssisələr üçün yüksək keyfiyyətli bank xidmətlərini həyata keçirmək üzərində qurulmuş Bankın əsas məqsədi müştərilərin etibarını qazanmaq, onların Azərbaycanın yüksək sürətlə inkişaf edən iqtisadiyyatında fərdi, bank ehtiyaclarını təmin etməkdir. Bankın geniş filial şəbəkəsi və peşəkar əməkdaşları fəaliyyətində inkişafın əsas göstəricilərindən biridir.

RoyalBankın daxili audit bölməsi, eləcə də beynəlxalq auditorlar tərəfindən audit yoxlaması müntəzəm olaraq aparılır.

Bank müxtəlif yerli və xarici banklarla müxbir əlaqələr, müxtəlif yerli və beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmışdır.

RoyalBank Bakı, Sumqayıt, Gəncə, Qazax, Astara, Biləsuvar şəhərlərini, Tovuz, Lerik rayonlarını əhatə edən 32 filial, 4 şöbə, 8 mübadilə şöbəsi, 31 ATM, 104 post-terminaldan ibarət geniş şəbəkəyə malikdir.

Bankın adı “Royal Bank” ASC
Lisenziya nömrəsi 158
Bankın ünvanı AZ 1010, Azərbaycan Respublikası, Bakı, Hüseyn Cavid pr. 5
Telefon nömrəsi: 498-96-71 , 498-38-68
Faks: 498-13-17
Teleks: 142498 ROYAL AI
Elektron poçtu: info@royalbank.az
Filialların ümumi sayı
32 İşçilərin sayı 622
Səhmdarlar sayı 81

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.royalbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,