Paşa Bank Bankı - Paşa Bank Filialları

Paşa Bank Bankı

Paşa Bank

PAŞA şirkətlər qrupuna daxil olan Paşa Bank ASC 2007-ci ilin iyun ayında təşkil edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. 18 iyun 2007-ci il tarixdə Hüquqi şəxsin Dövlət Qeydiyyatı Haqqında 1107-AZ-455 saylı Şəhadətnamə ilə qeydiyyata alınmış, 23 avqust 2007-ci il №0097421 saylı Şəhadətnamə ilə Uçot vahidlərinin Dövlət Reyestrinə qəbul edilmişdir.

Bankın rəsmi auditoru Ernst & Young, vergi məsələləri üzrə məsləhətçisi PriceWaterhouseCoopers beynəlxalq audit şirkətləridir.

PAŞA Bank ASC Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Banklararası Valyuta Birjasının (Şəhadətnamə №FX-96, 27 iyun 2008-ci il), AMCHAM, AR Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İpoteka Fondunun üzvüdür.

Bank AZİPS, XÖHKS yerli ödəniş sistemlərinə və SWIFT beynəlxalq ödəniş sisteminə qoşulmuşdur.

PAŞA Bank ASC bir sıra maliyyə institutları və kredit təşkilatları ilə geniş müxbir münasibətlər qurmuşdur.

Nizamnamə kapitalının həcminə (123.4 milyon AZN) görə Bank yerli bazarda ikinci yer tutur. Səhmdarların Ümumi sayı 2 hüquqi və 1 fiziki şəxsdən ibarətdir. Bankın İdarə etmə strukturu aşağıdakı şəkildə təşkil olunmuşdur: Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti.

Hal-hazırda Bankın baş ofisi və iki şöbəsi fəaliyyət göstərir. Bankın işçilərinin ümumi sayı 143 nəfərdir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.pashabank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,