Nikoil Bank Bankı - Nikoil Bank Filialları

Nikoil Bank Bankı

Nikoil Bank

Beləliklə, "NİKOIL" İnvestisiya Kommersiya Bankı yaranır. Təşkilatın Nizamnaməsi 25 aprel 2002-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq, Dövlət qeydiyyatı haqqında 11 aprel 2002-ci il tarixli 203 nömrəli şəhadətnamə verilmişdir.

2005-ci ildə bankın səhmdarları arasında müəyyən dəyişikliklər baş vermiş və səhmlər aşağıdakı qaydada bölünmüşdür:

QSİC "NİKOIL" ("URALSİB" MK) - 61%

Uralsib-İnvest - 29,44%

ISR Holding - 9,56%

2008-ci ildə isə "Topaz İnvestments" şirkəti "NİKOIL" İKB-nin əsas səhm paketini alaraq bankın əsas səhmdarlarından birinə çevrilmişdir. Sövdələşmə imzalandıqdan sonra səhm payları aşağıdakı qaydada bölünmüşdür:

QSC "Topaz İnvestments" - 53,1%
QSİC "NİKOIL" - 28,7%
MMC "Uralsib-İnvest" - 13,9%
MMC "ISR Holding" - 4,3%

Azərbaycan bank sektorunun liderlərindən biri olmaqla, "NİKOIL | BANK müştərilərinə geniş spektrli xidmətlər göstərir. Bu xidmətlərdən bir çoxu yerli bazar üçün yenilikçi xarakter daşıyır.

Bugün NİKOIL | BANK yerli və xarici valyutada, o cümlədən, hesablaşmalar, plastik kartların satışı, kreditlərin və zəmanətlərin verilməsi, banklararası və sənədli əməliyyatlar üzrə xidmətlər də daxil olmaqla, kompleks bank xidmətləri göstərən universal maliyyə-kredit təşkilatıdır. Bankın Bakı şəhəri və regionlarda yerləşən filial şəbəkəsi 17 satış məntəqəsindən ibarətdir.

NİKOIL | BANK geniş beynəlxalq müxbir hesablar şəbəkəsi sayəsində xarici banklar və beynəlxalq maliyyə qurumları ilə aktiv əməkdaşlıq edir.

Müştəri məmnunluğunu əsas missiyası hesab edən NİKOIL | BANK, pərakəndə bank biznesini aktiv şəkildə inkişaf etdirir. Bu isə, öz növbəsində, müxtəlif çeşidli istehlak kreditləri və əhali üçün geniş spektrli xidmətlər deməkdir.

01 aprel 2011-ci il tarixinə səhm payları aşağıdakı qaydadadır

QSC "Topaz İnvestments" - 56,3834 %
QSİC "NİKOIL" - 28,7449%
MMC "Uralsib-İnvest" - 13,8717%
MMC "ISR Holding" - 1.0000%

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.nikoil.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,