Kapital Bank Bankı - Kapital Bank Filialları

Kapital Bank Bankı

Kapital Bank

PrivatBankı ilə əməkdaşlığın nəticəsi olaraq 16 noyabr 2004-cü il tarixdən PrivatMoney sürətli pul köçürmələri əməliyyatları aparılmağa başlanmışdır. Hazırda Bank Migom, Contact, Blizko və digər sürətli pul köçürmələri sistemləri ilə əməkdaşlıq edir. Bu sistemlər xaricə əlverişli və sürətli pul köçürmələri vasitələridir. 2006 ildə Bank özünün respublika daxilində işləyən “Xəzri” adlı sistemini işə salmışdır. Bu sistem vasitəsilə aşağı tariflərlə respublikanın istənilən nöqtəsindən sürətli pul köçürmələri etmək mümkündür.

Kapital Bankın dünyanın bir sıra qabaqcıl bankları – Citibank N.A, American Express Bank, Commerzbank AG, HSBC Bank, KBC Bank və s. ilə müxbir hesabları mövcuddur.

Filialların sayına görə respublikada lider olan Kapital Bank filialların sayını 89 çatdırmışdır. Bununla yanaşı bankın 63 şöbə və 5 müstəqil şöbəsi fəaliyyət göstərir.

Universal olaraq, Bank həm fiziki, həm də korporativ müştərilərə xidmətlər göstərir. Sosial yönümlü olan Bank dövlət sosial proqramlarında iştirək edir. Bank hesablaşma-kassa əməliyyatları, fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulu, kreditlərin verilməsi, konvertasiya, valyuta köçürmələri, sənədli akkreditivlərin açılması, pensiya və muavinatların ödənilməsi, sənədlərin və qiymətli əşyaların depozit seyfdə saxlanilması, lokal və beynəlxalq plastik kartların satışı və Bakı Fond Birjasında, Bakı Banklararası Valyuta Birjasında broker xidmətləri göstərir.

Banka beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlar verilmişdir. 2009-cu ilin iyun ayında Fitch Ratings agentliyi Kapital Bankın reytinqlərinin təsdiqləmiçdir. Belə ki, Fitch uzunmüddətli (RDE) "B+" və reytinq proqnozunu “stabil” kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq isə Banka “B”, fərdi reytinq "D/E" və dəstək reytinqi “4” səviyyəsində verilmişdir.

2008-cı ilin iyul ayıda Moodys İnvestors Service Kapital Banka xarici valyutada olan depozitlərin uzunmüddətli reytinqi “B1”, manatla depozitlərin uzunmüddətli B1, qısamüddətli reytinq "NP" və maliyyə dəstəyi reytinqi “E+” təyin etmişdir. Bütün reytinqlərə “stabil” proqnoz verilmişdir.

Böyük texnoloji inkişaf yolu ilə gedən Kapital Bank 2009-cu ildə özünün prosesinq sistemini işə salmışdır. Kapital Bankın prosesinq sistemi yeni bank məhsullarını hazırlamaq, daha çevik xidmət göstərmək imkanlarını yaradacaqdır.

«Kapital Bank» ASC-nin Müşahidə Şurasının 05.06.2009-cu il tarixli qərarına əsasən Məmmədov Elmar Məmməd oğlu Kapital Bank ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Bankın rəhbərliyi Bankı islahatlar yolu ilə apararaq, yerli maliyyə bazarında aparıcı yerlərdən birini tutmaq maqsədi ilə kollektivi səfərbər edir və Bankda struktur dəyişiklikləri aparır. Bankı strukturu ilə tanış olmaq istəyənlər müvafiq internet sayta daxil ola bilərlər.

Kapital Bank regionların sosial-iqtisadi inkişafı proqramında fəal iştirak edir və sosial mahiyyət kəsb edən layihələri maliyyələşdirir. Kapital Bank bu layihələri maliyyələşdirərək, yeni iş yerlərinin açılmasında iştirək edir və gələcəkdə də regionlarda iqtisadi proseslərdə fəal iştirək etmək niyyətindədir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.kapitalbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,