Gəncəbank Bankı - Gəncəbank Filialları

Gəncəbank Bankı

Gəncəbank

Gəncəbank Açıq Səhmdar Cəmiyyəti 28 fevral 1994-cü ildə yaradılmışdır. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində və yalnız biri - "Gəncəbank" ASC paytaxtdan kənarda, yəni Gəncə şəhərində yerləşir. Bankın hüquqi ünvanı: Gəncə şəhəri – AZ 2000, Nizami rayonu, Atatürk prospekti 260-dır. Yaranışının artıq ücüncü ilində "Gəncəbank" ASC banklar arasında ilklərdən olaraq, özünün Gəncə şəhəri, N.Nərimanov prospekti 50/3 ünvanında yerləşən Kəpəz filialını yaratmışdır.

Bank Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş 01 fevral 2001-ci il tarixli 02-10/59 saylı lisenziyaya əsasən bütün növ bank əməliyyatlarını həyata kecirir (bu lisenziya əvvəlki lisenziyaları əvəz edir). Bir cox xidmət növü təklif edən bank ötən 14 il ərzində əhali arasında olan etibarını artırmış və onun etimadını qazanmışdır. Əsasən Gəncə və Gəncəbasar sakinlərinə xidmət göstərən Bankın 400-dən artıq hüquqi və 10000-dən artıq fiziki şəxslər kimi müştəriləri var. Digər banklarla müqayisədə "Gəncəbank» ASC-nin aşağı tarif dərəcələri var.

Bank SWIFT, AZIPS, XÖHKS və ABA kimi cəmiyyətlərin və həmçinin CONTACT, WESTERN UNION, Migom, Bıstraya Poçta, Lider, Privat-Money, Zolotaya Korona və Allur kimi pul köcürmə sistemlərinin tam hüquqlu üzvüdür. "Gəncəbank" ASC-nin həm rezident, həmdə qeyri-rezident banklarda Nostro müxbir hesabları var. Bir necə yerli bankın isə Bankda Loro müxbir hesabları mövcuddur.

01 noyabr 2008-cı il tarixə Bankın nizamnamə kapitalı 10 million AZN təşkil edir. Sözsüz ki, bütün bu nailiyyətləri Bank müdrik rəhbərlik və güclü kadr potensialı sayəsində əldə etmişdir. Həmişə yeniliyin sorağında olan Bankın kollektivi dünya təcrübəsində olan mütərəqqi iş üsullarını tətbiq edir. Buna görə də "Gəncəbank" ASC daim yeniləşən və inkişaf edən bankdır. Bizimlə əməkdaşlıq edən hər kəs çox razıdır. Elə isə gələcəyimizi birlikdə quraq!

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.gandjabank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,