Expressbank Bankı - Expressbank Filialları

Expressbank Bankı

Expressbank

Expressbank ASC 1989-cu ildən 2010-cu ilə dək “Azənəqliyyatbank” ASC kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla bankda xeyli dəyişikliklər baş vermişdir. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən və yeni strategiyaya uyğun olaraq, “Azərnəqliyyatbank” ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlamışdır. Bu prosesin nəticəsi olaraq bank adını “Expressbank” ASC-yə dəyişmiş və 5 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçmişdir.

Bankın yeni brendi, onun strateji baxışının, söykəndiyi mühüm dəyərlərin və qarşıya qoyduğu ambisiyaların yığcam təcəssümü olaraq öz müştərilərinə bir çağırışıdır.

Expressbank müasir bank texnologiyalarından istifadə etməklə, fərqli xidmətiylə müştərilərində məmnunluq yaradan, peşəkar və motivasiyalı komandaya malik, sərmayələrinin dəyərini daim artıran bankdır.

Bank daim müştəri xidmətinin keyfiyyət, sürət, rahatlıq baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğu bankın əsas məqsədlərindən biri hesab edilir. Bankın təklif etdiyi kredit və depozit məhsulları bazarda rəqabətliliyi ilə fərqlənir və gələcəkdə yeni məhsulların işlənib təqdim ediləcəyi nəzərdə tutulur. Bankda fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS elektron ödəniş sistemləri istər respublikanın ərazisində, istərsə də xaricə zəmanət verilən pul köçürmələrinin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan yaradırlar. “Expressbank” ASC müştərilərinə Western Union, Bistraya Poçta, Caspian Money Transfer, Migom, Lider, Zolotaya Korona və Contact kimi sürətli pul köçürmələri sistemlari vasitəsilə dünyanın istənilən ölkəsinə ən qısa zamanda pul köçürmələri təqdim edir.

Bu günə bankın Bakıda 2, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Xaçmazda, Şirvanda və Qusarda, filialları və eləcə də şöbələri fəaliyyət göstərir.

“Expressbank” ASC maliyyə institutları, banklar və digər fondlarla da hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir, belə ki, hazırda bank bir neçə xarici banklar və maliyyə institutları ilə danışıqlar aparır və bu sahədə əməliyyatlarını genişləndirmək niyyətindədir. Bank artıq Visa beynəlxalq ödəniş sisteminə üzv olmuşdur.

"MasterCard Int." beynəlxalq ödəniş sistemində çip kartların emissiyası, həmçinin MasterCard ATM ekvayrinqi üzrə sertifikasiya layihələri davam edir. Cari ilin 4-cü rübündən MasterCard ödəniş sisteminin kartlarının emissiyası planlaşdırılır.

Expressbank ASC ən böyük banklarından olan Raiffeisen Zentralbank Osterreich AG ilə əməkdaşlıq edir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.expressbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,