DəmirBank Bankı - DəmirBank Filialları

DəmirBank Bankı

DəmirBank

Bankın yaranması və adı

DəmirBank 20 illik tarixə və zəngin təcrübəyə malik olmaqla Azərbaycanın aparıcı banklarından biridir. Bank ölkənin ilk bankları sırasında 6 oktyabr 1989-cu ildə yaranmış, Azərdəmiryolbank adı ilə fəaliyyət göstərmiş və bir çox nailiyyətlər qazanmışdır. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini DəmirBank adı ilə həyata keçirir.

Bankın aktivləri və kapitalı

1 dekabr 2009-cu il tarixinə 245 mln. AZN (312,3 mln. USD) məbləğində aktivləri ilə DəmirBank Azərbaycanda özəl banklar sırasında ilk onluğa daxildir. 1 dekabr 2009-cu il tarixinə Bankın nizamnamə kapitalı 16,4 mln. AZN (20,4 mln. USD), ümumi kapitalı isə 39,9 mln. AZN (49,6mln. USD) təşkil edir.

Beynəlxalq səhmdarlar

Bankın səhmdarları sırasına 2005-ci ildən “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları “35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks etdirmiş və onun inkişafı üçün yeni imkanlar yaratmışdır.

Beynəlxalq reytinq

2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, DəmirBank ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olmuşdur. DəmirBank hazırda Fitch agentliyinin “stabil” proqnozlu “B-” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B+” reytinqlərinə malikdir. Bu reytinqlər Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır, reytinq proqnozları isə Bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.demirbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,