Bank of Baku Bankı - Bank of Baku Filialları

Bank of Baku Bankı

Bank of Baku

1994-cü il fevralın 14-də «Tuqay» adı altında ölkənin ilk kommersiya banklarından biri kimi rəsmi qeydiyyatdan keçdik. Bankın təsisçiləri kimi çıxış edən bir neçə fiziki şəxs və Türkiyənin NAB Dış Ticarət şirkəti bundan 3 il sonra bankın adını «Bank of Baku» Birgə Səhmdar Kommersiya Bankı ilə əvəzləməyə qərar verdi. Bu ad altında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmaq yolunda inamla addımlamağa başladıq. Milli və beynəlxalq səviyyələrdə tanındıq; 1998-ci ilin dekabrında Azərbaycanda ilk dəfə olaraq beynəlxalq standartlar əsasında Arthur Anderson şirkətinin auditini keçdik və həmin ildən etibarən hər il bankmızda beynəlxalq audit əməliyyatlarının aparılmasının əsası qoyuldu. Qeyd edək ki, hazırki auditorumuz bu sahədə dünyanın ən iri şirkətlərindən hesab olunan «Delloitte & Touche» şirkətidir. Düzgün və məqsədyönlü fəaliyyətin nəticəsi olaraq qısa bir zamanda beynəlxalq maliyyə qurumlarının etimadını qazana bildik və onlarla istər müxbir əlaqələrin qurulması, istərsə də müxtəlif layihələr çərçivəsində xidmət və təcrübə mübadiləsinin aparılması yönündə əməkdaşlığa başladıq. Hazırda dünyanın 10-dan çox ölkəsində yerləşən nəhəng banklarla beynəlxalq bank əməliyyatlarını həyata keçiririk. Bunların sırasında American Express Bank, Dresdner Bank AG, KBC Bank, Raiffeisen Zentral Bank, Fortis Bank, Alfa Bank, ParexBank və digərlərini göstərmək olar. Bundan əlavə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq mailiyyə qurumları, o cümlədən Alman-Azərbaycan Fondu, Almaniyanın Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Master Card İnt. və digərləri ilə müxtəlif layihələr çərçivəsində uğurla əməkdaşlıq edirik. Bankın fəaliyyətində yeni istiqamət tutduq; 2001-ci ildə Bankın səhmdarlarının toplantısında qəbul olunmuş yeni uzunmüddətli inkişaf strategiyasına əsasən fəaliyyətimizdə prinsipial dəyişiklik edərək banklararası xidmət bazarından fərdi bankçılığa, həmçinin kiçik və orta biznes üçün xidmətlər bazarına üz tutduq. Qəbul olunmuş strategiyaya əsasən qarşımıza bir neçə mühüm məqsəd qoyduq: korporativ idarəetmənin təkmilləşdirilməsi müasir tələblərə cavab verən maliyyə məhsul və xidmətlərinin çeşidinin artırılması müştəriyönlü siyasətin inkişaf etdirilməsi bank fəaliyyətində ən müasir texnologiyaların tətbiqi filial şəbəkəsinin genişləndirilməsi Bank bazarında mövcud olan standartları göz önünə alaraq bazarın tamamilə yeni bir seqmentinə üz tutsaq da, qısa vaxt kəsiyində geniş əhali kütləsinin və biznes təmsilçilərinin etibarını və etimadını qazanmağa nail olduq. Bunun nəticəsi olaraq müştərilərimizin sayı yüksək sürətlə artaraq hazırda 140 min nəfəri aşmışdır. Gənc kadrlara üstünlük verdik; Düzgün və uzunmüddətli perspektivə yönələn kadr siyasəti Bankımızın əsas prinsiplərindən hesab olunur. İşçilərin işə qəbul olunması zamanı tətbiq olunan meyarlar və onlar üçün karyera qurmaq və onu inkişaf etdirmək istiqamətində yaradılan şərait hər bir işçi ilə münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzərində formalaşmasını şərtləndirir. Əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində davamlı şəkildə görülən işlər sırasında onların yerli və xarici mütəxəssislər tərəfindən keçirilən seminar və konfranslarda, treyninqlərdə iştirakı, gənc kadrların isə fəaliyyətinin ilkin dövrlərində və gələcəkdə Bankın təcrübəli mütəxəssisləri tərəfindən xüsusi təlimatlar əsasında maarifləndirilməsinin təmin edilməsi və s. qeyd etmək olar. Müştərilərmizə daha yaxın olmağa çalışdıq; Bankımızın inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsinə də mühüm yer ayrılır. Hazırda fəaliyyət göstərən 14 filial və 1 şöbə müştərilərimizə bütün növ bank xidmətləri göstərir. 2006-cı ilin son aylarından etibarən, öz fəaliyyətimizi nəinki ölkəmizin paytaxtında, həmçinin tədricən regionlarda da həyata keçirməyə başladıq Yeni 10-illiyə yeni iddialarla başladıq; Bu il Bankımız 14-cü ildönümünü qeyd etdi. Keçən müddət ərzində əldə etdiyimiz nailiyyətlər və hazırda ölkənin bank sektorunda tutduğumuz mövqe, ən əsası isə müştərilərimizin bankımızın məhsul və xidmətlərindən məmnunluq səviyyəsi bizim düzgün yolda olmağımızı söyləməyə əsas verir. 2004-cü ilin sonlarında daha bir mühüm hadisənin – «İlkbank» Kommersiya Bankı ilə birləşməyimizin və Avropa Yenidənqurma və İnkişaf Bankının bu birləşmədən sonra yaranmış bankın səhm paketində iştirak etmək istəyini rəsmən təsdiq etməsi gələcəyə nikbin baxmağımız üçün daha bir mühüm meyardır. Qalib olduq; Saytımız "Milli İnternet Mükafatı - Netty 2007" müsabiqəsində "Ən Yaxşı Korporativ Sayt" nominasiyasının qalibi oldu. “Neftçilər” filialımız Western Union TPKS tərərfindən müvafiq banklara məxsus 35 xidmət məntəqələri arasında keçirilən «Top Country Teams – 2007» nominasiyası üzrə “Bütün kateqoriyalar üzrə ən yaxşı punkt” adına layiq görüldü. Müştərilərin rahatlığı üçün çalışdıq; .Hər zaman müştərilərin rahatlığını düşünən «Bank of Baku» 2008-ci ildə müştəri borclarının növbəsiz və rahat ödənilməsi üçün filiallarda "Cash in" aparatlarının tətbiqinə başladı. Bankımız mobil telefon vasitəsilə bank məhsulları və xidmət növləri barədə məlumat almaq istəyən müştərilərə uğurla sınaqdan keçirdiyi wap.bankofbaku.com Wap saytını istifadəyə verdi. Həmçinin 2008-ci ildə "Bank of Baku"nun kart sahibi olan müştərilərinin yaranan problemlərinin həllinə çalışan bankdaxili bir qurum, "Kart istifadəçilərinin dəstək mərkəzi" fəaliyyətə başladı. Bundan əlavə müştərilərin kommunal xərclərini vaxtında və rahatlıqla ödəmək üçün KÖMİS (Kütləvi Ödənişlər Üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) fəaliyytə başladı. Yeni kart sisteminə qoşulduq; "Bank of Baku" “Visa İnternational” Beynəlxalq Ödəniş sisteminin Prinsipial üzvü olmaqla, VISA Gold ,VISA Classic, VISA Electron, kartlarının buraxılışı və bu növ kartlarla xidməti həyata keçirmək üçün lisenziya aldı. Ümid edirik ki, növbəti illərdə əldə edəcəyimiz nailiyyətlərlə öz ənənələrimizə sadiq qalmaqla yanaşı, istər Azərbaycanın, istərsə də dünyanın bank bazarında öz sözümüzü deyəcəyik. Bank of Baku-nun şüarı: Sizə yaxın bankçılıq!

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.bankofbaku.com




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,