Bank Of Azerbaijan Bankı - Bank Of Azerbaijan Filialları

Bank Of Azerbaijan Bankı

Bank Of Azerbaijan

“Bank of Azerbaijan” Açıq səhmdar cəmiyyəti 1 dekabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Milli Bankının 166 saylı lisenziyası əsasında “Rabbatbank” KB-ı kimi fəaliyyətə başlamışdır. 1998-ci ildə Bankın səhmləri “Türkiyə Dış Ticarət Anonim Şirkəti” və Azərbaycanın iki fiziki şəxsi tərəfindən əldə edilmiş və bankın adı dəyişdirilərək “İş Bankası Azərbaycan” Müştərək Kommersiya Bankı adlandırılmışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun tələblərinə müvafiq olaraq bank öz təşkilati-hüquqi formasını dəyişərək “İş Bankası Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müvafiq qeydiyyat aparılmışdır. 2006-cı ildə “Türkiyə Dış Ticarət Anonim Şirkəti” Bankın Səhmdarları sırasından çıxmış və ona məxsus 1% səhm paketini Ərəb Şirkəti olan “Nem Holdings Limited”ə satmışdır və Səhmdarların Ümumi Yığıncağı tərəfindən Bankın adının dəyişdirilməsinə qərar verilərək “Bank of Azerbaijan” ASC-i adlandırılmışdır. Hazırda Bank müştərilərə müxtəlif növ bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, istehlak, biznes, sahibkarlıq və ipoteka kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi və sair. Bank sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında aktiv iştirak edir. Bank Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondunun vəsaitlərindən istifadə üzrə müvəkkil banklardan biri seçilmişdir. Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. Bankımız Koorporativ İdarəetmə sistemində ISO-9001 Beynəlxalq Standartlaşmanın Sertifikatına malikdir. Bank of Azerbaijan-nın fəaliyyətinin prioritet istiqamətlərindən biri də müxtəlif xarici və yerli assosiasiyalarda aktiv iştirakı təşkil edir. Bank of Azerbaijan Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin və Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının aktiv üzvlərindəndir. Bankımız VISA International beynəlxalq ödəniş sistemlərinin üzvüdür və Azərbaycanda çip kartlarını buraxan ilk banklardandır. Bank of Azerbaijan həmçinin Western Union və Xpress Money təcili pul köçürmə sistemlərinə qoşulmuşdur. Bankımız eləcə də müxtəlif yerli və xarici banklarla müxbir əlaqələri yaratmışdır. Bu banklar sırasına Rusiyanin “Sberbank”ı, Almaniyanın “Drezdnerbank”ı və Azərbaycanın bütün aparıcı bankları daxildir. Azərbaycanın və dünya iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə Bank of Azerbaijan-nın mühüm və prioritet məqsədlərindən biri də öz fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. Bankımız hal-hazırda Bakı, Naxçıvan, Sabirabad, Balakən, Ucar və Zərdab şəhər və rayonlarında 19 filial, 34 mübadilə şöbəsi və 21 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.bank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,