Azərbaycan Respublikasının Mərkəzi Bankı Bankı - Azərbaycan Respublikasının Mərkəzi Bankı Filialları

Azərbaycan Respublikasının Mərkəzi Bankı Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanun 10 dekabr 2004-cü ildə qəbul edilmiş və 22 dekabr 2004-cü ildə qüvvəyə minmişdir. 12 fəsil, 66 maddədən ibarət olan yeni qanun Milli Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur.

Yeni qanun Milli Bankın bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaratmışdır. Pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi – bunlar Milli Bankın mühüm funksiyalarından yalnız bir hissəsidir.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.

Bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanuna və digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edilmişdir.

Həmçinin, 16 yanvar 2004-cü ildə qəbul edilmiş “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu da 30 mart 2004-cü ildə qüvvəyə minmişdir. “Banklar haqqında” yeni Qanun beynəlxalq standartlara, o cümlədən bank nəzarəti üzrə Bazel prinsiplərinə tam uyğun olmaqla ölkənin bank sisteminin etibarlılığının artırılması istiqamətində əsaslı islahatların aparılmasına təkan vermiş, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli qorunmasına zəmin yaratmışdır. Bank qanunvericiliyi tarixində ilk dəfə olaraq inzibatçıların mənəvi keyfiyyətləri ilə bağlı tələblər önə çəkilmişdir. Bu da inzibatçıların “məqbul və lazımi keyfiyyətlərə malik şəxs” və “vətəndaş qüsursuzluğu” göstəricilərinə malik olmasını və bank sistemi üçün daha layiqli namizədlərin seçilməsini şərtləndirir.

2005-ci il ipoteka kreditləşdirilməsi sektoru üçün uğurlu başlanğıc ili oldu. 15 aprel 2005-ci ildə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və ipoteka kreditlərinin əsasını təşkil edən girov təminatının bütün hüquqi aspektlərinin tənzimlənməsini, o cümlədən təminat hüquqlarının ipoteka kağızı ilə rəsmiləşdirilməsi qaydalarını müəyyən etdi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradıldı, daha sonra ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edildi. Azərbaycan İpoteka Fondunun (AİF) yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərmək idi.

Ölkədə ipoteka krediti sisteminin davamlığını təmin etmək məqsədilə hazırda dövlət büdcəsi vəsaiti hesabına sosial (güzəştli) ipoteka kreditləşdirmə mexanizmlərini təkmilləşdirməklə, bütövlükdə kommersiya sekyuritizasiya sisteminə keçid üzrə tədbirlər işlənib hazırlanır.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.cbar.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,