Azər-Türk Bank Bankı - Azər-Türk Bank Filialları

Azər-Türk Bank Bankı

Azər-Türk Bank

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti, 25.05.1995-ci ildə T.C.Ziraat Bankası A.Ş. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Milli Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlamışdır. Hazırda, nizamnamə kapitalı 10.000.000,00 AZN təşkil edən Bankın səhmdarları T.C.Ziraat Bankası A.Ş. (46,00 %), “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (46,00 %), Ziraat Bank İnternational AG (4,00 %) və “Turanbank” ASC-dir (4,00 %).

Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilmiş bank lisenziyası, Banka milli və xarici valyutada (USD, EUR, TRY, RUB və s.) fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Lisenziya əsasında, Bank öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirə bilər.
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Türkiyə, Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətləri vardır.



"Azər-Türk Bank" ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, "MilliKart" Prosessinq Mərkəzinin, SWIFT ödəniş sisteminin, habelə Western Union, XPress Money, MİGOM və Bistraya Poçta beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda MasterCard İnternational beynəlxalq kart təşkilatının üzvüdür.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.azerturkbank.biz




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,