Avropa Yenidənqurma və İnkişaf Bankı Bankı - Avropa Yenidənqurma və İnkişaf Bankı Filialları

Avropa Yenidənqurma və İnkişaf Bankı Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1991-ci ildə, Mərkəzi və Şərqi Avropada yardıma ehtiyacı olan post – sovet ölkələrində özəl sektorun canlandırılmasına yardım məqsədilə yaradılmışdır. AYİB hazırda regionda ən böyük investor rolunu oynayır və öz maliyyə vəsaitlərindən başqa digər əhəmiyyətli birbaşa investisiyaları da özündə cəmləşdirir. AYİB-in 61 ölkə və 2 beynəlxalq institutdan ibarət səhmdarı vardır. Lakin, dövlət sektoruna malik səhmdarlarının olmasına baxmayaraq Bank əsasən digər kommersiya tərəfdaşları vasitəsilə özəl sektora investisiya yatırır. AYİB bank, sənaye və biznes sektoru üçün layihələri maliyyələşdirir. O həmçinin özəlləşdirməyə dəstək, dövlət müəssisələrinin restrukrizasiyası və bələdiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində dövlət müəssisələri ilə də əməkdaşlıq edir.

AYİB öz mandatına əsasən yalnız demokratik prinsiplərə söykənən ölkələrlə əməkdaşlıq edir. Hal – hazırda AYİB Orta Avropa və Mərkəzi Asiya regionunda 29 ölkəyə investisiya ayırır. Bank əsasən istiqrazların emissiyası hesabına vəsaitlər cəlb edir. Bankın fərqliyiyi ondan ibarətdir ki, bank investisiya layihələrinə geniş həcmdə milli valyutalar cəlb edir. Bütün investisiya layihələrində Bank bazar iqtisadiyyatının formalaşması, özəl sektora yardım məqsədilə zəruri infrastrukturun inkişaf etdirilməsi, yerli kapitalın cəlb edilməsi və s. istiqamətlərdə dəstək olur.

Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir və o vaxtdan etibarən AYİB Azərbaycanda enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və ümumi sənaye kimi sahələri əhatə edən ölkə və regional əhəmiyyətli layihələrin həyata keçirilməsini dəstəkləmişdir. Bununla yanaşı, AYİB ölkədə institusional inkişafın və rəqabətliliyin artırılması məqsədilə maliyyə və texniki yardım göstərmişdir. AYİB-in maliyyə sektoru üzrə fəaliyyət istiqaməti bank sistemində aparılan islahatlar, maliyyə siyasəti və respublikanın maliyyə institutlarına dair gələcək siyasətin təşkili və həyata keçirilməsinə yönəldilmişdir.

AYİB-in Bakıdakı rezident nümayəndəliyi 1995-ci ilin dekabrında yaradılmışdır.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.ebrd.com




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,