AtraBank Bankı - AtraBank Filialları

AtraBank Bankı

AtraBank

ATRABANK Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin dekabr ayında yaradılmışdır. Əvvəl “ATRA” Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərmişdir. 29.08.2005-ci il tarixdən isə “ATRABANK” Açıq Səhmdar Cəmiyyəti kimi öz fəaliyyətini davam etdirmişdir.

Artıq 18 ildir ki, Atrabank Azərbaycanın bank bazarında öz mövqeyini möhkəm saxlayır. Bu vaxt ərzində Bank daimi inkişaf edir və həmişə müasir tələblərə tamamilə cavab verən bir maliyyə struktur olaraq öz müştərilərinin zövq və etibarını doğruldur.

Bankın müştəriləri həm fiziki şəxslər, həm də özəl şirkətlərdir. İldən ilə artan müştərilərin sayı Bankın əsas iş prinsiplərinə qüvənir. Bankla Müştəri arasında qarşılıqlı etibar, kommersiya sirri və korporativ məlumatların yüksək dərəcəli saxlanması, hər müştəriyə fərdi yanaşma, xidmətlərin geniş çeşidi, göstərilən xidmətlərin və əməkdaşların yüksək səviyyəsi – bunların hamısı, əlbəttə, müştəri üçün çox vacib və etibar yaradan amillərdir.

“ATRABANK” ASC Azərbaycan Respublikasının Ticarət-Sənaye Palatasının, Azərbaycan Respublikasının Banklar Assosiasiyasının, VISA İnternational Beynəlxalq Ödəmə Sisteminin, SWIFT Ümumdünya banklararası maliyyə telekommunikasiyalar cəmiyyətinin üzvüdür.

“ATRABANK” ASC-nin kapitalında mühüm iştirak payına malik olan səhmdarların siyahısı və onların iştirak payları aşağıda göstərilir:
Nəbiyeva Xuraman Qurban qızı - 35,3%;
Nəbiyev Elmixan Nəbi oğlu - 19,6%;
Nəbiyev Pərvin Elmixan oğlu - 19,0%.
Bankın minoritar səhmdarların sayı 27 nəfər təşkil edir. Onların bankın kapitalında ümumi payı 4,59%-dir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.atrabank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,