AtaBank Bankı - AtaBank Filialları

AtaBank Bankı

AtaBank

1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən AtaBank yüksək texnologiyalı universal bank sayılır. Bank ölkənin ən etibarlı maliyyə strukturları sırasına daxildir.

•1997-ci ildə AtaBank Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü olmuşdur.
•2001-ci ilin may ayında AtaBank "SWIFT" sisteminə qoşulmuşdur.
•2001-ci ildə AtaBank milli ödəniş sistemi "AZİPS"-in üzvü olmuşdur.
•2001-ci ildə AtaBank Azərbaycan Banklar Assosiyasınin üzvü olmuşdur
•2002-ci ildə AtaBank Bakı Fond Birjasının üzvü olmuşdur.
•2003-cü ildə AtaBank Sahibkarlığa Kömək Milli Fondunun üzvü olmuşdur
•2003-cü ildə Bankın Xaçmaz şəhərində ilk filialı açılmışdır. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında AtaBankın 19 filialı və 2 şöbəsi fəaliyyət göstərməkdədir. Bu filial və şöbələrin 9-u respublikanın müxtəlif regionlarında yerləşir.
•2003-cü ilin noyabr ayında AtaBank bütün dünyada fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"un üzvü olmuşdur. Bu sistemdə istifadə olunan ən yeni texnologiyalar pul vəsaitlərinin bir neçə dəqiqə ərzində istənilən yerə köçürülməsinə imkan verir. Hal hazirda bank "Migon", "Western Union", "Coinstar" , "Contact", "PrivatMoney" , "Быстрая Почта", "Xpress money", "Золотая Корона", "Blizko" sürətli pul köçürmə sistemlərinə qoşulub .
•2004-ci ildə AtaBank ATİB-nin (Azərbaycan Türkiyə İş Adamları Birliyi) üzvü olmuşdur
•2004-cü ildə AtaBank VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olmuş və bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başlamışdır. 2006-cı ilin may ayından etibarən Bank Visa İnternational sisteminə tamhüquqlu üzv seçilmişdir. 2007-ci ilin may ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Bazara daim yeni məhsullar təqdim edən AtaBank 2007-ci ildə də bu xəttə sadiq qalmışdır və fərdi dizaynlı Visa Electron Solo, Visa Classic Solo kartlarını tam hazırlayıb müştərilərə təqdim etmişdir. Əlavə olaraq plastik kart bazarının artan tələblərini ödəmək məqsədilə 2007-ci ildə plastik kartlar və elektron ödənişlərə həsr olunmuş xüsusi www.atacard.az saytı hazırlanıb istifadəyə verilmişdir.
•2004-cü ildə Bank Milli "Uğur" mükafatının "Etimad Bankı" nominasiyası üzrə qalib olmuşdur. 2009-cu ildə bu müvəffəqiyyəti təkrarlayan bank "İnnovasyon texnologiyaların tətbiqi" sahəsində qalib seçilmişdir.
•2006-ci ildə AtaBank Azərbaycan İpoteka Fondunun üzvü olmuşdur
•2007-ci ildə AtaBank Əmanətlarin Sığortlanması Fondunun üzvü olmuşdur
•2009-cu ildə AtaBank ARPA- üzvü olmuşdur (Azərbaycan Risk Peşəkarları Assosiasiyasının)
•2009-cu ildə AtaBank "APUS" sisteminə qoşulmuşdur
•"AtaBank" ASC keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədilə, sertifikatlaşdırma işlərini müvəffəqiyyətlə başa çatdıraraq "Bureau Veritas" şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli 210667 nömrəli bütün növ bank xidmətləri əhatə edən "İSO 9001:2000" sertifikatı ilə təltif edilmişdir.
•Bankın fəaliyyətinin əsas inkişaf strategiyası korporativ və pərakəndə bankçılığın inkişafı, müştərilərə rəqabət qabiliyyətli, yüksək texnologiyalı bank xidmətlərinin tam spektrinin təqdim olunması üzərində qurulmuşdur.
•2010-cu ilin əvvəlində bank MDB-də ilk dəfə olaraq Visa Electron Vertical kartını buraxaraq «yenilikçi» statusunu təsdiqləmişdir
•2011-ci ildə "AtaBank" ASC Zaqafqaziyada ilk dəfə olaraq müştərilərinə Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee ətirli kartlar təklif etdi.
•2011-ci ildə "AtaBank" ASC "Golden Pay" şirkəti ilə bazara yeni "Bill Pay" adlı elektron ödəniş sistemini təqdim etmişdir.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.atabank.com




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,