AccessBank Bankı - AccessBank Filialları

AccessBank Bankı

AccessBank

AccessBank-ın missiyası mikro və kiçik biznesmenlər, eləcə də aşağı və orta gəlirli ailələr üçün çalışan Azərbaycan bankı olmaqdan ibarətdir. AccessBank öz müştərilərinə Avropa standartlarına uyğun maliyyə xidmətləri, o cümlədən, kredit məhsulları, cari hesablar, əmanətlərin qorunub saxlanılması, plastik kartlar, ticari maliyyələşdirmə, pulköçürmə və ödəmə xidmətləri göstərmək niyyətindədir. AccessBank-ın əsas məqsədi bank əməliyyatlarının effektivliyi, şəffaflığı, müştərilərin tələbatlarının ödənilməsi, məsuliyyət, dəqiqlik və insan resurslarının inkişafı istiqamətlərində ən yüksək bank standartlarına nail olmaqdır. Tam əhatəli bank əməliyyatları lisenziyasına malik AccessBank, həmçinin, müxtəlif kateqoriyaya mənsub müştərilərə, o cümlədən daha iri müəssisələrə və beynəlxalq təşkilatlara, xüsusilə AccessBank-ın əsas missiyasını bölüşən şirkətlərə maliyyə xidmətləri göstərir.

AccessBank-ın korporativ missiyası strateji qərarların qəbul edilməsi və Bankın aydın korporativ görünüşü üçün əsas yaradır. Bankın bütün fəaliyyəti aşağıdakı bölmələrə şərtsiz riayət olunması prinsipi üzərində qurulur:
- Müştəriyə orientasiya: AccessBank-ın məhsul və prosedurları müştəri tərəfindən tələb olunan az xərcə və onun yüksək məmnunluğuna tərəf istiqamətləndirilmişdir.

- Effektivlik və standartlaşdırma: Kütləvi biznes kimi mikromaliyyələşdirmənin xüsusiyyətlərini nəzərə alaraq, AccessBank effektli şəkildə standartlaşdırılmış məhsul və prosedurların işlənib hazırlanmasına və onların tətbiq olunmasına çalışır.
- Ehtiyat: AccessBank hesab üzrə əməliyyatların və maliyyə siyasətinin aparılması, riskin qiymətləndirilməsi baxımından həmişə ehtiyatlı mövqe tutur. Bu mövqe həmçinin kreditlərin nəzərdən keçirilməsi və monitorinqi zamanı da şərtsiz tətbiq olunur. O cümlədən, kapitalın adekvatlığı, pula çevrilə bilmə normaları, aktiv və passivlərin idarə olunması, kredit portfelinin diversifikasiyası, kredit limitləri və kreditlərlə təmin etmə üzrə ciddi prinsiplər tərtib olunub.
- Şəffaf və dəqiq fəaliyyət: AccessBank-ın siyasəti şəffaflıq və dəqiqlik prinsiplərinə əsaslanır. Bu öz təsdiqini istər dəqiq özünənəzarət qayda və proseduralarda, istərsə də bankın informasiya siyasəti və müştərilərə münasibətində tapır.
- Məhsulların təkmilləşdirilməsi: Öz müştərilərinin tələblərinə tam cavab vermək və Azərbaycanın lider banklarından biri kimi mövqeyini qoruyub saxlamaq üçün AccessBank öz məhsul palitrasını daim inkişaf etdirir.
- İnsan resurslarının inkişafı: AccessBank-ın uğurunun əsası yüksək ixtisaslı kadrların olmasıdır. Uzunmüddətli karyera yüksəlişi planları, bank daxilində karyera qazanmaq imkanları, mütəmadi seminar və treninqlər və həmçinin çevik stimullaşdırıcı ödəniş sistemi AccessBank-ın kadr siyasətinin özəyini təşkil edir. Bütün bu prinsiplər banka nəinki öz müştərilərinə xidmət göstərməyi, həm də öz fəaliyyətində yüksək gəlirli olmağına imkan verir. Təsisçilərin məramına görə, mənfəət, bankın gələcək inkişafı, yeni məhsulların işlənib hazırlanması və əməkdaşların ixtisasının artırılmasına yatırılır.

Daha ətraflı məlumat almaq üçün bankın rəsmi internet saytı: http://www.accessbank.az




Gəncə, İmişli, Bakı, Zaqatala, Yevlax, Qusar, Naxçıvan, Biləsuvar, Xaçmaz, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sumqayıt, Astara, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Sədərək, Ağsu, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Dəvəçi, Füzuli, Goranboy, Göygöl, Göyçay, Gədəbəy, Hacıqabul, Kürdəmir, Kəngərli, Laçın, Lerik, Lənkəran, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qəbələ, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Tovuz, Tərtər, Ucar, Xızı, Yardımlı, Zərdab, İsmayıllı, Şamaxı, Şirvan, Şəki, Şəmkir, Xırdalan, Masallı,